Blockchain nədir ?
Blockchain iki tərəf arasındakı əməliyyatları
səmərəli, yoxlanıla bilən, daimi şəkildə qeyd edən və üzərində dəyişiklik edilməsi mümkün olmayan böyük platformadı.
Blockchain
necə işləyir
Blokchain hər bir əməliyyatın və ya hərəkətin sistemə yeni “blok” kimi əlavə
edilməsinə əsaslanır, buna görə də platforma davamlı olaraq böyüyür. Hər bir blok özündən əvvəlki və sonrakıları ilə əlaqələndirilir. Bloklar əməliyyatların
dəqiq vaxtını və sırasını yoxlayır. Hər hansı bir blokun dəyişdirilməsinin
və ya mövcud iki blok arasına başqa blokun daxil edilməsinin qarşısını almaq
üçün bloklar bir-birinə etibarlı şəkildə bağlıdır.
Əməliyyatlar,
dəyişdirilməz bir zincir olan blockchain'de (blok zinciri) blok halına salınır. Hər yeni
blok , özündən əvvəlki blokun təstiklənməsini tələb edir. Bu da blockchain'e dəyişiklik
edildiyi halda çox asan bilinən struktur
qazandırır. Nəticədə heç kimin müdaxilə edə bilmədiyi, sizin və digər
istifadəçilərin güvənəbiləcəyi bir platforma yaradır.
Blockchain üstünlükləri
Hər
kəs istifadə edə bilər: Başqa sözlə, bir qayda olaraq, istənilən şəxs heç
bir icazə və ya təsdiq olmadan sistemə daxil ola bilər. Hər bir istifadəçi özünəməxsus
identifikator açarları ilə sistemə daxil edilir.
İnformasiya
təhlükəsizliyi: Sistemdəki bütün istifadəçilər şəbəkədə şəxsi və ya
açıq açarlarla müəyyən edilir. Bu açarlar, başqa sözlə, parollar xüsusi
alqoritmlərlə yaradılmışdır. Eynilə, əməliyyatların məxfiliyi və üçüncü şəxslər
üçün əlçatmazlığı bu alqoritmlərlə təmin edilir.
Daha
güclü təhlükəsizlik: Bütün
şəbəkə üzvləri məlumatların dəqiqliyi ilə bağlı razılığa gəlməlidirlər və onlar
heç bir şəkildə dəyişdirilə bilməz, çünki bütün təsdiqlənmiş əməliyyatlar daimi
olaraq qeydə alınır. Heç kim, hətta sistem administratoru belə heç bir məlumatı
silə və yada dəyişdirə bilməz.
Daha
çox səmərəlilik: Bundan əlavə, əməliyyatları sürətləndirmək üçün
smart müqavilələr adlanan bir sıra qaydalar blokçeyn daxilində saxlanıla və
avtomatik icra oluna bilər.
Mərkəzləşdirilməmiş
struktur: Bu o deməkdir ki, icra və ya nəzarət baxımından
ümumi mexanizm yoxdur. Sistemin təhlükəsizliyi dövlət tənzimlənməsi və səlahiyyətləri
ilə deyil, alqoritmlərdən istifadə edərək şifrələmə üsulları ilə təmin edilir. Mərkəzsiz
olmaq həm də o deməkdir ki, heç bir vasitəçiyə ehtiyac yoxdur. Məsələn, pulun
qarşı tərəfə köçürülməsi bank sektorunda olduğu kimi vasitəçi qurum vasitəsilə
deyil, birbaşa həyata keçirilir.