Front-End Azərbaycan dilində ön tərəf deməkdir. Bu, veb-saytın hazırlanma zamanı olan görünüş və məzmunla bağlı bütün vizual, audio və dizayn hissələrini əhatə edən bir prosesdir. Veb saytına daxil olduğunuz zaman qarşılaşdığınız rəngarəng mövzular, arxa planlar, şriftlər, dizayn şəkilləri və onların istifadəçiyə uyğunlaşdırılması və səhifəyə yerləşdirilməsi kimi proseslərin hamısına front-end deyilir.

Təlim paketi:

  • HTML 5
  • CSS 3
  • JavaScript

HTML5 - Siz HTML5 daxilində bir veb səhifənin strukturunun necə hazırlanması olmasını öyrənəcəksiniz.

CSS3 - Burada əsas üstünlüklər aşağıdakı mövzulara verilərək bir veb səhifənin görünüş hissəsinin hazırlanmasının incəliklərini öyrənəcəksiniz. 

  • PSD to HTML/CSS
  • Flexbox Layout
  • Grid Layout
  • Bootstrap 4+
  • Material Design

JavaScript - Bu hissədə isə artıq proqramlaşdırma məntiqi ilə tanış olub web səhifənizə fərqli xüsusiyyətlər verməyi öyrənəcəksiniz. Aşağıdakı texnologiyalar isə proqramın əsas hissəsini təşkil edir.

  • ES6+
  • Classes & Object-oriented Programming (OOP)
  • Dom & Event
  • Modular JavaScript
  • JavaScript Libraries & frameworks (React JS, Vue JS)
  • Firebase

Tələbə sayı və təlim müddəti:

Qrupda 3 və daha çox tələbə olduqda, təlim həftədə 3 dəfə 90 dəqiqə olmaqla 5 ay davam edir. 

Qrupda 2 tələbə və ya fərdi olduqda, təlim həftədə 3 dəfə 60 dəqiqə olmaqla 5 ay davam edir. 

Təlim müddəti siz əldə edəcəksiniz:

  • Portfolio

Təlim müddətində siz bir çox real nümunəyə baxaraq öz portfolionuzu hazırlaya biləcəksiniz.

  • Xüsusi hosting

Təlimin 3-cü ayından sonra tələbələrə hosting verilir ki, öz nümunələrini hosting-ə yerləşdirib hər kəs tərəfindən əl çatan etsinlər.

  • Təcrübə imkanı

Təlim müddəti fərqlənən tələbələr "Yup Technology MMC" daxilində və ya əməkdaşlıq göstərdiyi şirkətlərdə təcrübə keçmə imkanı əldə edəcəklərdir.

Ödəniş və qeydiyyat:

Qeydiyyat üçün ofisə yaxınlaşa və ya online olaraq müraciət edə bilərsiniz. Bu zaman əməkdaşlar sizə lazımı köməkliyi göstərəcəkdir.


Aylıq ödəniş(Qrup)Aylıq ödəniş(Fərdi)
Kooperativ müştərilər
230 AZN550 AZN350 AZN

*Xüsusi qeyd: "Yup Technology MMC" tez-tez xüsusi kampaniyalar elan edir bu zaman qiymətlər fərqlilik göstərə bilər. Bundan əlavə olaraq tələbələr üçün hər zaman 35% endirim şamil olunur. 

Front-End proqramlaşdırma təlimləri