NFT Nədir ?
Dəyişən aktivlər olan dollarlar, səhmlər,
bitkoinlər və ya qızıl külçələrdən fərqli olaraq, “dəyişməyən” NFT aktivləri
unikal əşyaları təmsil edir. Dəyişməz Tokens (NFT) fiziki dünyadakı kolleksiya əşyalarının
rəqəmsal əksidir.
Əlinizdəki bitcoin və başqasının əlindəki
bitcoin eyni dəyərə malikdir. Ancaq fikirləşin ki, hər bir bitcoinin fərqli dəyəri
var. Bu, NFT aktivlərinin özəlliyidir. Eyni şeydən çox sayda olmasına
baxmayaraq onlardan hansının orijinal olduğu və sahibinin kimliyi dəqiq bilinir.
NFT nümunələri rəqəmsal sənət əsərləri, idman kartları, internetdə domen adı və
ya kriptovalyuta üçün istifadə edilən pul kisəsi adlarıdır.
Dəyişməz Tokenlər (NFT) sahib
olduqları xusisiyyətlərə görə adətən müəllif hüquqları ilə qorunan məhsullar yaratmaq
üçün istifadə olunur. Məsələn, bir rəssam öz sənət əsərini dəyişməz token (NFT)
olaraq yaratdıqda, rəssam məhsulun hər satışı üçün passiv gəlir əldə edir.
NFT-lər orijinallığını yoxlamaq və
alıcılara mülkiyyət hüququnu təsdiqləmək üçün blok zincirində (blockchain) qeydə alınan unikal rəqəmsal aktivlərlə əlaqəli
rəqəmsal sertifikatlardır. NFT-nin dəyəri onun unikallığından irəli gəlir.
Dəyişməz tokenlər xüsusi olaraq
hazırlanmışdır ki, onları asanlıqla fərqləndirmək və yoxlamaq mümkün olsun. Adətən
Ethereum infrastrukturunda yaradılan bu rəqəmsal aktivlər ERC-721 və ERC-1155
tokenlərinin standartlarına uyğun olaraq yaradılır.
ERC-1155 standartı həm də yeni
imkanlarla birlikdə işləmək imkanı təqdim edir. Bu o deməkdir ki, unikal aktivlər
olan NFT-lərin blok zincirləri bir-biri ilə uyğundur və müxtəlif tətbiqlər
arasında asanlıqla ötürülə bilər. Ethereum infrastrukturu ilə yanaşı, Eos, Neo
və Tron tərtibatçıları da NFT formalaşmasını təşviq etmək üçün öz token
standartlarını buraxdılar.
Ethereum-a əsaslanan ilk NFT-lər
2015-ci ildə ortaya çıxdı. CryptoKitties isə dəyişdirilə bilməyən token (NFT)
texnologiyası sayəsində ilk dəfə 2017-ci ildə adını qazandı.
Dəyişməz Tokenlər üç əsas xüsusiyyətə malikdir.
1. Bölünməz;
2. Sarsılmaz;
3. Təsdiq edilə bilən.